Gecə klubunda partlayış -xeyli sayda ölənlər var

  • By admin
  • 05 Avqust 2022 19:44

Taylandda gecə klubunda baş verən partlayış nəticəsində 14 nəfər dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, partlayış Çenburi əyalətində olub.

Hadisə nəticəsində 40-dan çox şəxsin yaralandığı vurğulanır.

Partlayışın “Mountain B” adlı gecə klubunda baş verdiyi bildirilir.

Ölkənin baş naziri gecə klubunda ölənlərin ailələrinə yardım ediləcəyini söyləyib.

Gununsesi.info