
Ömürlük məhbus Zakir Nəsirovun cəzası yüngülləşdirilib.
Gununsesi.info-nun məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncama əsasən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 16 yanvar tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1947-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Nəsirov Zakir Əsəd oğlunun cəzası 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.
Qeyd edək ki, artıq cəzası dəyişdirilən general Zakir Nəsirov məhkəmələrə müraciət etməknən azadlığa qovuşa bilər.
Gununsesi.info











