Generallar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdəki vəziyyəti təhlil etdi

  • By admin
  • 27 Dekabr 2021 17:18

Dekabrın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirədə dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə mövcud vəziyyət təhlil edilib.

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsini, xüsusilə qarşıdan gələn bayram günlərində ayıq-sayıqlığın artırılmasını əmr edib.

Gununsesi.info