Gömrük Komitəsinin məntiqdənkənar statistikası…  - İXRAC VƏ İDXALDA 3 DƏFƏDƏN ÇOX FƏRQ VAR

  • By admin
  • 13 Dekabr 2017 13:06

Dövlət Gömrük Komitəsinin noyabr ayı üzrə hesabatında dövlət və özəl sektorlarının ixrac və idxalla bağlı rəqəmlərində diqqətçəkən fərqlər yaranıb.

Gununsesi.info komitənin məlumatına istinadən xəbər verir ki, bu ilin noyabr ayında ticarət dövriyyəsinin həcmi 1 milyard  870 milyon dollar olub.

Bunun 1 milyard 036 milyon dolları ixracın, 832 milyon 360 milyon dolları isə idxalın payına düşür.

İxracla bağlı məlumatları incələdikdə, noyabr ayı ərzində özəl sektorun payı 2 milyard 689 milyon dollar, dövlət sektorun payı isə 750 milyon dollar olub. Bu isə ötən ayın ümumi ixrac göstəricisi ilə 3.3 dəfə fərq yaradır.

İdxal rəqəmlərini isə incələndikdə 47,4 milyon dollarlıq fərq görürük. Belə ki, noyabr ayında dövlət sektorunda 120 milyon dollarlıq, özəl sektorunda isə 665 milyon dollar olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan ticarət dövriyyəsinin həcmi 20.3 milyard dollar olub

Vüsalə Rüstəmova

Gununsesi.info