Monitorinq başa çatdı

  • By admin
  • 13 Dekabr 2017 13:12

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 13-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Oqnyen Joviç, Ermənistan tərəfindən isə şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru, Gennadi Petrika və Saymon Tiller keçiriblər.

Gununsesi.info