Gömrükdə avtomobildə 320 ədəd fişəng tapılıb

  • Müəllif: admin
  • 10 Oktyabr 2017 11:42

dgk_101017_01

Gömrükdə avtomobildə 320 ədəd fişəng tapılıb.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi “BMW-520” markalı avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yük yerində xüsusi düzəldilmiş gizli saxlanc yerində 320 ədəd “Sterminator” adlı fişəng aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.