Bakı Şəhəri Təhsil İdarəsindən 151 nömrəli orta məktəbdə baş verən insdentlə bağlı AÇIQLAMA

  • Müəllif: admin
  • 10 Oktyabr 2017 11:48

baki_sheher_uzre_tehsil_idaresi_logo_010617

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın 151 nömrəli tam orta məktəbdə baş verən insdentlə bağlı açıqlama verib.

İdarədən Gununsesi.info-ya verilən məlumata görə, 151 nömrəli məktəbdən verilən məlumatda qeyd edilir ki, məktəbin 8-ci sinif şagirdləri Əliyev Fərid və Bədirov Əli arasında olan insident məktəbdən kənarda olub.

Hadisə 09.10.2017-ci il tarixdə axşam saat 19:00 radələrində Nərimanov rayonunda idman məşqindən qayıdarkən onların aralarında yaranmış mübahisə zəminində baş verib: “Ətrafda olan şəxslərin köməyi ilə xəsarət alan uşaq xəstəxanaya aparılıb, ona ilkin tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, uşağın aldığı xəsarət ciddi deyil. Qeyd olunan şagirdlər məktəbdaxili nizam-intizam qaydalarına əməl edən və orta tədris göstəricilərinə malik şagirdlərdir”.

Gununsesi.info