Gömrükdən telefon keçirmək cəhdləri alınmadı

  • By admin
  • 21 Oktyabr 2016 15:20

telefon

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mersedes Benz” markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa buferinin altındakı boşluqdan gömrük nəzarətindən gizlədilən, 19 ədəd “Samsung Galaxy J1 mini”, 5 ədəd “Samsung Galaxy J1” və 6 ədəd “Samsung Galaxy J3” markalı telefonlar, avtomobilin ön sağ təkərindən isə 30 ədəd “Samsung” markalı adaptelər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info