Gömrüyün ən kasıb generalı odur

  • By admin
  • 21 İyul 2022 10:59

Səfər Mehdiyevin “vurulmasından” sonra onun səlahiyyətlərinin həvalə olunduğu yeni birinci müavin Şahin Bağırov haqqında Gununsesi.info-ya daha bir xəbər daxil olub.

Məlumata görə, Şahin Bağırov uzun illər gömrük orqanlarında çalışmasına və gömrük xidməti general-leytenantı olmasına baxmayaraq, bu strukturda ən kasıb adam sayılır.

Belə ki, komitədəki digər generallardan fərqli olaraq, Şahin Bağırovun Bakı kəndlərində sadə bir bağ evi və paytaxtda bir mənzili var.

“Bununla o, komitədəki digər generalların içərisində ən kasıbı hesab olunur” deyən mənbəmiz Bağırovun həm də təvazökar şəxs olduğunu deyib.

Günay 
Gununsesi.info