Google 2,42 milyard avro həcmində cərimələndi

  • Müəllif: admin
  • 28 İyun 2017 10:30

google

Avropa Komissiyası Google Amerika şirkətini Avropa İttifaqının antimonopoliya qaydalarını pozduğuna görə maksimal həddə – 2,42 milyard avro həcmində cərimələmək barədə qərar verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa İttifaqının Brüsseldəki  baş qərargahı məlumat yayıb.

Avropa Komissiyası hesab edir ki, Google şirkəti bazardakı dominant rolundan istifadə edərək qeyri-sağlam formada rəqabət aparır və qanunsuz hərəkətlərə yol verir.

Google şirkəti də Avropa Komissiyasının bu qərarından narazı olduğunu dilə gətirərək bəyan edib ki, onlar da Avropa Komissiyasının qərarından Avropa Məhkəməsinə apellyasiya şikayəti verə bilər: “Biz Avropa Komissiyasının barəmizdə çıxardığı qərara hörmətlə yanaşaraq, deyilənləri qəbul etmirik. Hazırda barəmizdə çıxarılan qərarın detallarını öyrənməklə məşğuluq. Biz bu qərardan apellyasiya şikayətinin verilməsi yollarını arayırıq”.

Gununsesi.info