“Google” işçilərinə 2021-ci ilin yayınadək evdən işləməyə icazə verib

  • By admin
  • 28 İyul 2020 17:41
ABŞ-ın “Google” şirkəti işçilərin arzusuna görə onlara 2021-ci ilin iyulunadək onlayn rejimdə işləməyin davam etdirilməsinə icazənin verilməsi ilə bağlı qərar qəbul edib.
Gununsesi.org xarici KİV-lərə istinadla xəbər verir ki, şirkətin baş direktoru Sundar Piçainin əməkdaşlara müraciətində deyilir: “Əməkdaşların gələcəyi planlaşdırması üçün biz ofisdə olmanı tələb etməyən vəzifələr üçün 2021-ci il iyunun 30-dək evdən könüllü işləmək imkanını uzadırıq”.
Baş direktor bildirib ki, “Google” şirkətinin müxtəlif ölkələrdə yerləşən 40-dan çox ofisi artıq fəaliyyətini bərpa edib.
Şirkət əvvəlcə işçilərin 2020-ci ilin sonunadək onlayn rejimdə işləyəcəyini bəyan etmişdi.
Pandemiya dövründə dünyada 16,4 milyon koronavirusa yoluxma faktı qeydə alınıb, xəstələnənlərin təxminən 650 mini həyatını itirib, daha 10 milyon isə sağalıb.
Gununsesi.org