“Google”dan qeyri-adi addım - ŞİRKƏT ARAQ İSTEHSAL EDİR

  • Müəllif: admin
  • 08 Aprel 2017 07:27

google araq

“Google” şirkəti Polşanın “Redkroft” dizayn studiyası ilə birlikdə araq istehsal edib.

Gununsesi.info-nun “Komsomolskaya Pravda”ya istinadən verdiyi məlumata görə, “Google” şirkətinin Polşanın paytaxtı Varşavada yerləşən ofisində uzun illər öncə sərt spirtli içkilərin istehsalı ilə məşğul olan Koneser zavodu fəaliyyət göstərib.

Qeyd olunur ki, araq butulkaları hədiyyə bağlamasında məhdud saydadır. Yeni araq növünü yalnız əlamətdar hadisələr zamanı satılacaq. Lakin bunun belə, “Google” şirkətinin istehsal etdiyi arağın qiyməti və keyfiyyəti ilə bağlı heç nə deyilmir.

Gununsesi.info