
ABŞ-ın Oreqon ştatında yüngülmotorlu “Piper PA-46” təyyarəsi qəzaya uğrayıb.
Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə Harrisberq şəhəri yaxınlığında qeydə alınıb.
Şerif Linn Bryusun verdiyi məlumata gğrə, təyyarənin göyərtəsində olan 4 nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır. İlkin versiyaya görə, təyyarənin qəzaya uğramasına əlverişsiz hava şəraiti səbəb olub.
Gununsesi.info












