Göyçay körpüsü yaxın günlərdə istifadəyə veriləcək

  • By admin
  • 21 İyun 2018 17:01

 “Göyçay körpüsünün yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır. Körpüdə əsas işlər yekunlaşdırılır”.

Gununsesi.info “Report”a istinadən bildirir ki, bunu açıqlamasında “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

“Hazırda körpüdə son tamamlanma işləri aparılır. Belə ki, asfaltma işləri yekunlaşıb. Körpünün yanaşma yolunun divarlarında və körpünün altında bərkitmə işləri aparılır. Əsas hissədə yekunlaşma sabah olacaq”, – deyə o, qeyd edib.

Xatırladaq ki, iyunun 2-də rayonda leysan yağışından sonra əmələ gələn sel suları Göyçay çayında suyun səviyyəsinin dəfələrlə artmasına səbəb olub. Həmçinin, Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə də ciddi ziyan vurub və çayın üzərindəki iki beton dayaqlı piyada körpüsü dağılaraq tamamilə yararsız hala düşüb.