Səfər Mehdiyev vətəndaşları qəbul edəcək

  • By admin
  • 21 İyun 2018 16:46

 Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev iyunun 25-də saat 11:00-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində (Nəriman Nərimanov küç. 4-red.) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qurumdan lent.az-a daxil olan məlumata görə, qəbul zamanı bölgədə yerləşən- Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyunun 25-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Balakən Gömrük İd