Putin Ukraynaya görə Təhlükəsizlik Şurasının iclasını çağırdı  

  • By admin
  • 21 İyun 2018 16:37
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Ukrayna münaqişəsinin həlli yollarını müzakirə edib.

Gununsesi.info Rusiya KİV-ə istinadən xəbər verir ki, Putin Poroşenko ilə telefon danışığı barədə də Şura üzvlərinə məlumat verib.

“Rusiya prezidenti Pyotr Poroşenko ilə telefon danışığı barədə məlumat verib. Bu kontekstdə Donabs regionunda münaqişənin həlli yolları və Moskva-Kiyev münasibətlərinin nizamlanması gözdən keçirilib”-deyə rəsmi açıqlamada deyilir.