Aİ Ermənistanda minalardan təmizləndikdən sonra 3 sərhəd-buraxılış məntəqəsi tikməyi planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bunu Avropa İttifaqının Yerevandakı nümayəndəliyinin rəhbəri Vassilis Maragos bildirib
Maragos çərşənbə günü keçirilən brifinqdə qeyd edib ki, bu layihələrin həyata keçirilməsi üçün ilk məcburi şərt müvafiq ərazilərin minalardan təmizlənməsi olacaq.
O, həmçinin Avropa İttifaqı tərəfindən Ermənistana təhvil verilən məsafədən idarə olunan mina təmizləmə maşınları haqda da məlumat verib.
Bu nəqliyyat vasitəsinin yalnız sərhəd bölgələrində əhalinin təhlükəsizliyini təmin etmək üçün, yoxsa infrastruktur layihələrinin həyata keçirilməsi üçün istifadə olunacağı ilə bağlı suala cavab olaraq Maragos bildirib ki, bu, hər iki ərazidə rol oynayacaq.
Maragos bildirib ki, “Nəqliyyat bağlantısı layihələri keçəcəkləri ərazilərin təmizlənməsini tələb edir. Bildiyiniz kimi, biz artıq üç sərhəd-keçid məntəqəsi tikməyi öhdəmizə götürmüşük və hazırda bu layihənin təfərrüatları üzərində işləyirik. Lakin, bu vacib tikinti işlərinin başlanmasına imkan verən ilk zəruri addım minaların təmizlənməsi olacaq”.
O, sərhəd-keçid məntəqələrinin tikintisinin dəqiq hansı istiqamətlərdə olacağı haqda heç bir məlumat verməyib.











