Qlobal fond bazarlarında son sutkada qarışıq dinamika müşahidə olunub.
Gununsesi.info xəbər verir ki, ABŞ fond bazarlarında ticarət əsasən enişlə başa çatıb.
“Dow Jones” indeksi 576,76 bənd və ya 1,09% azalaraq 52 348,39 bəndə enib. “S&P” 500 indeksi 0,28% geriləyərək 7 482,71 bənd təşkil edib. Bununla yanaşı, “Nasdaq Composite” indeksi texnologiya şirkətlərinin səhmlərindəki artım hesabına 0,20% və ya 51,96 bənd yüksələrək 25 870,65 bəndə çatıb.
Avropa bazarlarında isə eniş daha kəskin olub. “Euro Stoxx” 50 indeksi 1,82%, FTSE 100 1,66%, DAX 2,23%, CAC 40 2,18%, “IBEX” 35 isə 2,73% dəyər itirib.
Asiya-Sakit okean regionunda qarışıq dinamika qeydə alınıb. Nikkei 225 1,52%, “TOPIX” 0,18%, CSI 300 0,06% yüksəlib. Hang Seng 0,78%, “S&P/ASX” 200 0,43%, “MSCI AC Asia Pacific” indeksi isə 0,84% azalıb.
Qeyd edək ki, qlobal fond bazarlarında satışların güclənməsinə ABŞ prezidenti Donald Trampın ABŞ–İran arasında əldə olunmuş memorandumun artıq qüvvədə olmadığını bəyan etməsi fonunda Yaxın Şərqdə gərginliyin yenidən artacağı ilə bağlı narahatlıqlar səbəb olub. Bu açıqlamadan sonra neft qiymətlərinin 5%-dən çox bahalaşması inflyasiya risklərini artırıb və investorlar riskli aktivlərdən çıxış edərək daha təhlükəsiz investisiyalara üstünlük veriblər.










