Elşad Miri: - "Top həmişə yumru olmurmuş"

  • By Admin2
  • 08 İyul 2026 12:06

İlahiyyatçı Elşad Miri futbol və dini ziyarətlərlə bağlı müqayisəli fikirləri ilə diqqət çəkib.

Gununsesi.info-nun xəbərinə görə, Elşad Miri bildirib ki, Həcc, Kərbəla və Məşhəd ziyarətlərini təşkil edənlərin bunu yalnız ibadət məqsədilə həyata keçirdiyinə inanılmadığı halda, futbol oyunlarını təşkil edənlərin bunu sırf əyləncə və zövq üçün etdiyini düşünməyin də doğru olmadığını bildirib.

Elşad Miri paylaşımında futbolun siyasətlə əlaqəsinin olmadığı barədə fikirləri də sual altına alaraq, “Futbolun siyasətlə əlaqəsinin olmadığına inanırsınız?” sualını ünvanlayıb.

O, fikirlərini “Top həmişə yumru olmurmuş…” ifadəsi ilə yekunlaşdırıb.

Elmar

Gununsesi.info