Konstitusiya dövlətin əsas qanunudur.
Demokratik sistemlərdə onun əsas məqsədi hakimiyyətin necə əldə olunmasını deyil, daha çox necə məhdudlaşdırılmasını müəyyən etməkdir.
Son illərdə Qazaxıstan və Macarıstanda baş verən konstitusiya dəyişiklikləri isə bu baxımdan iki fərqli siyasi auranı nümayiş etdirdiyini deyə bilərik.
Daha dəqiq, müasir dövrdə konstitusiyanın siyasi məqsədlər üçün necə istifadə olunduğu indi daha aydın görünür.
Qazaxıstanda qəbul edilən yeni Konstitusiya rəsmi olaraq siyasi islahat, dövlətin modernləşdirilməsi və idarəetmənin təkmilləşdirilməsi kimi təqdim edilir.
Hətta bir sıra hüquqşünaslar və siyasi analitiklər hesab edirlər ki, dəyişikliklər prezident institutunun əlində mühüm səlahiyyətləri saxlayır, bəzi hallarda onları genişləndirir.
Ancaq məsələ nədir? Son olaraq Konstitusiya Məhkəməsinin qərarı Prezident Kassym-Jomart Tokayev üçün yeni konstitusiya çərçivəsində yenidən namizəd olmaq imkanını açıq saxladı.
Bəs bu, hüquqi mexanizmlərlə davamlılığının təmin edilməsi demək deyilmi?
Eyni müstəvidə Macarıstan yanaşması tamamilə fərqlidir. Orbandan sonra Peter Madyar baş nazir postu üçün maksimum səkkiz illik, yəni iki müddətlik limit təklif edib. Bu təşəbbüs uzun illər hakimiyyətdə olmuş Viktor Orban modelinin təkrarlanmasının qarşısını almaq məqsədi daşıyır. Başqa sözlə desək, demokratiya göstəricisidir. Burada məqsəd vəzifəni konkret bir şəxs üçün uzatmaq deyil, gələcəkdə hər hansı bir siyasətçinin həddindən artıq uzun müddət hakimiyyətdə qalmasının qarşısını almaqdır.
Bəli, təkcə bu iki nümunə göstərir ki, konstitusiya dəyişiklikləri eyni hüquqi alət olsa da, tamamilə fərqli siyasi məqsədlərə xidmət edə bilər.
Elmar










