Vətəndaş İrşaddan şikayətləndi: “Televizor 1 il sonra xarab oldu”

Vətəndaş İrşad mağazalar şəbəkəsindən aldığı televizorun qısa müddət ərzində xarab olmasından narazılıq edir.

Gununsesi.info xəbər verir ki, vətəndaş sosial şəbəkədə paylaşım edib:

“2 il bundan əvvəl İrşad -dan televizor almışıq, amma cəmi 1 ildir istifadə edirik. Televizor 1 il istifadədən sonra xarab oldu və ekranın bir tərəfində axıntı-qaralma əmələ gəldi. İrşad bizi Samsung servisinə yönləndirdi. Servisdə televizor yoxlanıldı və LED işıqların yandığı bildirildi. Əsas məsələ odur ki, cəmi 1 il istifadə olunmuş televizor artıq xarab olub, amma İrşad bildirir ki, bu məsələ onlara aid deyil. Xarab məhsulu satıblar indi də boyunlarından atırlar”. 

 

 

Gununsesi.info