Keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun Mərdəkanda yerləşən 0.24 hektarlıq bağ sahəsilə əlaqədar qalmaqal yarandığı barədə xəbər yaymışdıq.
Qeyd edək ki, Anar Həsənov adlı şəxs bu bağ sahəsinin onun ailəsinə məxsus olduğunu iddia edir.
Onun iddiasına görə, Mərdəkan qəsəbəsində yerləşən 0,12 hektar bağ sahəsi 1988-ci ildə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə atasına verilib.
Məsələ ilə bağlı Elmar Məmmədyarov Gununsesi.info -ya açıqlama verib:
“Məhkəmənin qərarına əsasən, sovet dövründə həmin torpaq sahəsi mənim atama verilib. Bü günədək biz bu məsələ ilə bağlı hər hansı addım bir atmamışdıq. Bu gün həmin şəxs iddia edir ki, torpaq onun ata-babasına məxsusdur. Axı bu necə ola bilər? Onun bu iddianı hansı əsasla irəli sürdüyü də məlum deyil. Bizim əlimizdə heç bir rəsmi qərar yoxdur. Bunun üçün də vəkilə müraciət etdik. Vəkilimiz iddia ərizələrini məhkəməyə təqdim etdi və bizim xeyrimizə qərar qəbul edildi. Məsələ artıq qanunla həll olunub. Başqa da heç nə demək istəmirəm”.
Elmar Elnuroğlu












