Moon Old City Cafe-də səhər yeməyindən narazılıq

Vətəndaş İçərişəhərdə yerləşən Moon Old City Cafe-də təqdim olunan səhər yeməyinin keyfiyyətindən narazıdır.

Gununsesi.info xəbər verir ki, bu barədə vətəndaş sosial şəbəkə hesabında paylaşım edib:

“Bu gün İçərişəhərdə yerləşən Moon Old City Cafe-də olduq. Açığı, gedəcəyim məkanı əvvəlcədən araşdırıram. Mənim üçün həm məkanın yerləşdiyi yer, həm də menyunun keyfiyyəti önəmlidir.

Məkanın səhifəsindəki videoları izləyərək getməyimə baxmayaraq, bu dəfə gözləntilərim qarşılanmadı. İlk dəfə idi ki, səhər yeməyinin bu qədər zəif olduğunu görürdüm.

Siqara börəklərinin köhnə olduğunu düşündüm. Kəsmikli blinçikin üzərindən tük çıxdı. Bu barədə əməkdaşa bildirdim və yeməyi dəyişdirdilər.

Pendir isə çox az qoyulmuşdu və buna görə yeyə bilmədim. Çörək də soyuq idi. İsidilib gətirilməsini xahiş etdim.

Bundan başqa, diqqətimi çəkən və narazı qaldığım digər məqamlar da oldu. Bəlkə bu məkana getmək istəyənlər olar deyə, yaşadığım təcrübəni bölüşmək istədim. Məqsədim kiminsə seçimlərinə təsir etmək deyil, sadəcə gördüklərimi olduğu kimi çatdırmaqdır”.

 

 

Firuzə

Gununsesi.info