4 qanun ləğv olunacaq - Nazir açıqladı

  • Müəllif: Firuzə
  • 07 Oktyabr 2026 21:31

“Aqrar sahə haqqında” yeni Qanun qəbul edildikdən sonra “Taxıl haqqında”, “Çayçılıq haqqında”, “Pambıqçılıq haqqında” və “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunlar ləğv olunacaq”.

Gununsesi.info xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Aqrar sahə haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.

 

“Onların aktual müddəaları yeni qanuna daxil edilir. Digər sahəvi qanunlar qüvvədə qalır və baza qanunla əlaqələndirilir. Qanunun icrası üçün subsidiyalaşdırma və reytinq qaydaları, aqrotexniki tələblər kimi tətbiqi aktlar hazırlanacaq. Bu model Türkiyə, Rusiya və Qazaxıstanda tətbiq olunur. Avropa İttifaqının Ümumi Kənd Təsərrüfatı Siyasəti də dəstəyin hədəflənməsi və istehsalçıların vahid qeydiyyatı prinsiplərinə əsaslanır.

 

Hesab edirik ki, layihənin qəbulu dövlət dəstəyini daha ünvanlı və şəffaf edəcək, resurslardan səmərəli istifadəni təmin edəcək”, – nazir qeyd edib./yenisabah

Gununsesi.info