Bakı Ağır Cinayətlər Məhkəməsində ABŞ-ın “German Marşal Fondu”nun Azərbaycan üzrə keçmiş məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Gununsesi.info-nun məhkəmədə iştirak edən əməkdaşının məlumatına görə, məhkəmədə dövlət ittihamçısı Mehriban Rəhimlinin təqsirləndirildiyi əməllərlə bağlı cəza tələbini açıqlayıb.
Prokuror onun dövlət və yerli özünüidarəetmə orqanlarında müəyyən vəzifələr tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bununla yanaşı, Rəhimlinin səhhəti ilə bağlı problemlərinin nəzərə alınmasını xahiş edən dövlət ittihamçısı cəzanın 4 il 6 ay sınaq müddəti ilə şərti hesab edilməsini məhkəməyə təklif edib.
Xatırladaq ki, Mehriban Rəhimli QHT-lərlə bağlı cinayət işi çərçivəsində müxtəlif maliyyə və qrant əməliyyatları ilə bağlı ittiham olunur.
İttihamların mahiyyəti ilə bağlı əvvəlki məhkəmə materiallarında vəzifə səlahiyyətlərindən sui-istifadə, maliyyə və qrant vəsaitləri ilə bağlı qanun pozuntuları və digər əməllərdən bəhs olunub.
Qeyd edək ki, Mehriban Rəhimli barəsində əvvəllər həbs olmayan qətimkan tədbiri, polis nəzarəti seçilmişdi.
Onu da bildirək ki, Mehriban Rəhimlinin özü ittihamları rədd edir.
Elmar












