Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, aşağıdakı şəxslərə diplomatik rütbələr verilib:
fövqəladə və səlahiyyətli səfir
– Rəfiyev Yalçın İlqar oğlu;
– Şərifov Samir Ənvər oğlu.
birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi
– Hacıyev Sultan Ağami oğlu;
– Nəsibov Ruslan Rafael oğlu.
ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi
– Becanov Samir Arif oğlu;
– Nəcəfli Anar Cəfər oğlu.










