Hindistanın Azərbaycandakı Səfirliyi “Ayurveda Festivalı” keçirdi

  • Müəllif: Firuzə
  • 23 Sentyabr 2026 19:36

Bu gün Hindistanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə “Böyük Hindistan Ayurveda Festivalı” keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, tədbir “11-ci Ayurveda Günü” münasibətilə keçirilir.

Sözügedən tədbirin şüarı “Daha sağlam sabah üçün Ayurveda”dır.

Tədbir çərçivəsində pulsiz tibbi konsultasiya, mütəxəssislərin çıxışları, prijinal Ayurveda məhsullarının nümayişi və satışı, Ayurveda mətbəxi, Hindistan musiqisi və rəqsləri baş tutub.

Orxan
Gununsesi.info