Yazıçı Səfər Alışarlı Bakı-Tbilisi sərnişin qatarı ilə bağlı fikirlərində sərnişinlər üçün tətbiq olunan yük məhdudiyyətini tənqid edib.
Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, marşrut üzrə bir sərnişinin cəmi 20 kiloqram yük aparmasına icazə verilir.
Səfər Alışarlının sözlərinə görə, bu məhdudiyyət bilet qiyməti ilə müqayisədə sərnişinlərdə narazılıq yaradır.
Yazıçı qeyd edib ki, Bakı-Tbilisi qatarına biletin qiyməti 240 manat təşkil edir.
Müəllif hesab edir ki, bu qiymətə baxmayaraq, yük normasının cəmi 20 kiloqram müəyyənləşdirilməsi sərnişinlərin gözləntilərinə uyğun deyil.
Sosial şəbəkələrdə də məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bir qrup istifadəçi yük limitinin artırılmasının vacibliyini vurğulayarkən, digərləri beynəlxalq dəmir yolu daşımalarında belə məhdudiyyətlərin təhlükəsizlik və istismar qaydalarından irəli gəldiyini bildirir.
Elmar











