ABŞ və İsrailin hava hücumu nəticəsində həlak olan İranın dini lideri Əli Xameneinin nəşinin olduğu tabut İraqa çatdırılıb. Cənazə İraqın Nəcəf şəhərinin hava limanına xüsusi təyyarə eniş edib.
Gununsesi.info xəbər verir ki, bu barədə INA xəbər agentliyi məlumat verib .
Dəfn Təşkilatları üzrə Ali Komitə şiə müsəlmanları üçün müqəddəs Nəcəf və Kərbəla şəhərlərində dəfn mərasimləri üçün lojistik və texniki hazırlıqların tam başa çatdığını elan etdi.
İraqda keçirilən dəfn mərasimlərində iştirak edən İran nümayəndə heyətinə prezident Məsud Pezeşkian rəhbərlik edir. O, Nəcəfə çatdıqdan dərhal sonra İraqın Baş naziri Əli əl-Zeydi ilə danışıqlar aparıb. İraqın Baş naziri bu mərasimlə bağlı 8 iyulu tətil günü elan edib.
Fevralın 28-də sui-qəsd nəticəsində öldürülən Əli Xameneinin dəfn mərasimi iyulun 3-də Tehranda başlayıb. Dəfn mərasimi iyulun 9-da mərhumun doğulduğu İranın Məşhəd şəhərində keçiriləcək.












