“İranın nüvə potensialına sahib olması yolverilməzdir” - Rutte

NATO Baş katibi Mark Rutte Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi ərəfəsində alyansın qarşıdakı prioritetləri ilə bağlı açıqlamalar verib.

Gununsesi.info xəbər verir ki, bu barədə NATO Baş katibi Mark Rutte mətbuata açıqlamasında bildirib.

Rutte çıxışında alyansın ciddi transformasiya mərhələsindən keçdiyini vurğulayıb. O, xüsusilə Ukrayna münaqişəsi ilə bağlı müttəfiqlərin daha qətiyyətli mövqe nümayiş etdirəcəyinə ümid etdiyini qeyd edib.

Regional təhlükəsizlik məsələlərinə toxunan NATO Baş katibi İranın nüvə potensialına sahib olmasının qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, Hörmüz boğazının tam şəkildə açıq qalması qlobal enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Rutte həmçinin İranın atəşkəs rejimini pozduğunu iddia edib və ABŞ-nin bu istiqamətdə atdığı addımların gözlənilən reaksiya olduğunu bildirib.

Ankarada keçirilən zirvənin ikinci günündə müzakirələrin davam edəcəyi, həmçinin ilk günün yekun nəticələrinin qiymətləndiriləcəyi gözlənilir.

Gununsesi.info