NATO-nun Ankara Sammitinin yekun bəyannaməsi qəbul olunub.
Gununsesi.info “TRT Haber”ə istinadən xəbər verir ki, müttəfiqlər ümumi dəyəri 50 milyard ABŞ dollarını aşan yeni tədarük müqavilələri üzrə razılıq əldə ediblər.
Bəyənnamadə həmçinin müttəfiqlər kollektiv istehsal imkanlarını artırmaq və innovasiyaları sürətləndirmək məqsədilə sənaye sektoru ilə birgə işləmək öhdəliyi götürdüklərini bəyan ediblər.
Sammitdə Alyansın 5-ci maddəsinə, yəni bir müttəfiqə edilən hücumun bütün müttəfiqlərə edilmiş hücum hesab olunması prinsipinə, eləcə də transatlantik əlaqələrə sarsılmaz sadiqlik bir daha təsdiqlənib.
Bundan başqa, silah istehsalını genişləndirmək və süni intellekt daxil olmaqla texnologiyaların tətbiqini sürətləndirmək barədə razılığa gəlinib. Məqsəd Rusiyanın çəkindirməsini gücləndirməkdir. Sənəddə, həmçinin 2026-cı ildə Ukraynaya 70 milyard avro həcmində hərbi yardım, silah və təlim təqdim etmək öhdəliyi təsdiq olunub, 2027-ci ildə ən azı eyni səviyyədə dəstəyi saxlamaq niyyəti ifadə edilib. Bundan əlavə, müttəfiqlər Tehrandan Hörmüz boğazında gəmiçilik azadlığını təmin etməyi tələb ediblər.
Bəyannamədə, həmçinin vurğulanır ki, İran nüvə silahına sahib olmamalıdır.
Sənəddə Rusiya Avroatlantik təhlükəsizlik və sabitlik üçün “uzunmüddətli təhdid” adlandırılıb.
NATO ölkələri bəyan ediblər ki, Rusiya tərəfindən gələn təhdidə və terrorizmə qarşı mübarizə üçün əvvəllər qəbul edilmiş müdafiə öhdəliklərini yerinə yetirməyə davam edirlər.
NATO-da qeyd edilib ki, 2025-ci ildə Avropa müttəfiqləri və Kanada əsas müdafiə ehtiyaclarına xərcləri 139 milyard dollardan çox artırıb, yeni investisiyalar isə silah istehsalının genişləndirilməsinə, müdafiə sənayesinin gücləndirilməsinə və blokun dayanıqlığının artırılmasına yönəldilib.











