Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Ankarada keçirilən 36-cı sammitində iştirak edən liderlərə xüsusi hazırlanmış və adları həkk olunmuş revolverlər (tapançalar) və bir qutu patron, eyni zamanda Ərdoğanın imzası və şəxsi məktubu ilə birlikdə təqdim etdiyi “The Politics of Courage: Erdoğan and the Rise of Türkiye” (“Cəsarət Siyasəti: Ərdoğan və Türkiyənin Yüksəlişi”) adlı ingilis dilində çapdan çıxmış bioqrafik kitab hədiyyə edib.
Gununsesi.info xəbər verir ki, dövlət və hökumət başçıları hədiyyəni götürüblər.
Lakin Böyük Britaniyanın Böyük Britaniyai Kir Starmer istisna olub.
“The Guardian”nın yazdığına görə, hökumət başçısı Ankaradan qayıdanda təyyarədə jurnalistlərlə söhbəti zamanı məlumatı təsdiqləyib. O deyib ki, R.T.Ərdoğanın hədiyyə etdiyi revolveri Böyük Britaniyanın silah idxalı ilə bağlı qaydalarına görə ölkəsinə aparmayıb. Ona görə də hədiyyəni Ankarada saxlayıb.
İddialara görə, silah zərərsizləşdirilmək üçün Böyük Britaniyanın Türkiyədəki səfirliyində saxlanılıb.
R.T.Ərdoğan həmçinin hədiyyə edilən silahların ölkələrinə aparılması üçün lazımi ixrac sənədlərini liderlərə təhvil verib.











