Göyçayda son durum -EVLƏR TƏHLÜKƏ ALTINDA

  • By admin
  • 03 İyun 2018 10:03

Göyçayda leysan sularının artması rayonu bu gecə də təhlükəs altında qoyub. Qeyd edək ki, güclü leysan  Göyçay çayı üzərindəki körpünü sıradan çıxarıb. İnsan təlafatı olmasa da rayonda təhlükə qalmaqdadır.

Gununsesi.info xəbər verir ki,  Göyçay-Qaraməryəm avtomobil yolu üzərində yerləşən körpünün istifadəyə yararsız vəziyyətə düşməsi ilə əlaqədar Bərgüşad istiqamətində alternativ yollardan istifadə olunur.

Ölkənin əsas magistral yollarından biri üzərində yerləşən körpü qəzalı vəziyyətdə olsa da, tamamilə dağılmayıb. Baş vermiş vəziyyətlə əlaqədar rəsmi qurumlar tərəfindən araşdırmalar aparılararaq müvafiq addımlar atılır.

Sakinlərin verdiyi məlumata görə, çayın sahilinə yaxın yaşayan bəzi sakinlər yaranmış təhlükəyə görə evlərini tərk ediblər. Onların sözlərinə görə, çayın yaxınlığındakı bəzi evlərin uçma təhlükəsi var.

Sel suları təsərrüfata və meyvə ağaclarına ciddi ziyan vurub. Bir çox kəndlərdə elektirik enerjisi kəsilib, qaz, su və rabitə xətti sıradan çıxıb.