
Göygöl rayonunun Zurnabad kənd bələdiyyəsinin sədri Daşqın Əliyev Rusiyada həsb edilib. Buna səbəb isə onun barəsində Azərbaycanın hüquq-mühafizə orqanlarının axtarış elan etməsi olub.
Bu barədə Gununsesi.info-ya adıçəkilən rayonunun hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, bələdiyyə sədrinin həbsinə səbəb onun bələdiyyə və dövlət torpaqlarını qanunsuz satması, həmçinin, bir sıra dələduzluq əməlləri törətməsi olub.
Həbs edilmə ehtimalının olduğunu görən, Daşqın Əliyev ölkəni tərk edə bilib. Bir neçə ay axtarışdan sonra onu Sankt-Peterburqda həbs ediblər. Yaxın zamanlarda onun Azərbaycana ekstradisiyası gözlənilir.
Gununsesi.info-nun araşdırması zamanı o da bəlli olub, həbs edilən bələdiyyə sədrinin yaxınları Göygöl rayon icra hakimiyyətinin başçısı Arif Seyidovu ittiham edir. Onların iddiasına görə, bələdiyyə sədri satdığı torpaqları icra başçsının göstərişi ilə sataraq, pulların ona verib.
GUNUNSESİ.İNFO










