
ATV-də yayımlanan “Maşın” realiti-şousunun 4-cü günündə səsverməyə aparıcı Aytən Səfərova çıxıb.
Gununsesi.info xəbər verir ki, aparıcı səs toplayacağı təqdirdə polemikaya girdiyi həmkarı Mətanət Əliverdiyevanı oyundan kənarlaşdıracağını bildirib.
A. Səfərova 80, 38 faiz səslə qalib olaraq keçmiş ANS-dən olan həmkarını deyil, aktyor Məcid Hüseynovu çıxarıb. Onun bu qərarı hər kəsin marağına səbəb olub.
Qeyd edək ki, Aytənlə Mətanət arasında başlanan qalmaqal sosial medianın əsas müzakirə mövzusu olmuşdu.
Çıxışında Aytən bildirib ki, Mətanətlə uzun illərin dostudur: “Bizim evimizdə də onu çox istəyirlər. Mən onu çıxarmamaqla elan edirəm ki, biz bu münasibətlərimizi dəyişək. O da bir anadır, mən də bir anayam”.
https://ok.ru/video/778978593386










