Göyçayda sürücü sükan arxasında ürəktutmadan ölüb

  • By admin
  • 08 Fevral 2023 20:39

Göyçayda sürücü sükan arxasında ürəktutmadan ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu gün saat 15 radələrində 1968-ci il təvəllüdlü Fəxrəddin Xəlilov idarə etdiyi VAZ-2107 markalı avtomobillə Göyçay şəhəri ərazisində hərəkətdə olarkən ilkin ehtimala əsasən ürəktutmadan ölüb və nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarında dayanan “VAZ-2109” markalı avtomobilə dəyib.

Zərbənin təsirindən VAZ-2107-dəki qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.

Gununsesi.info