Hər kəsin axtardığı maşının sahibi danışdı - FOTOLAR /VİDEO

  • By admin
  • 08 Fevral 2023 20:29

Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkələrdə qırmızı rəngli köhnə avtomobil gündəm olub.

Gununsesi.info xəbər verir ki, avtomobilin sahibi Türkiyəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar apardığı üçün böyük marağa səbəb olub.

Əldə etdiyimiz məlumata görə həmin şəxs Sərvər Bəşirlidir. O, qonşuların və digər yardım etmək istəyən şəxslərin yüklərini öz maşını ilə aparıb.

Medianews.az-a danışan Sərvər Bəşirli məsələyə münasibət bildirib.

O, bu yardımı özünə borc bildiyini və Türk xalqı ilə qardaşlığımızın əhəmiyyətindən danışıb: “Bizim də 1992-ci ildə belə qarlı, çovğunlu hadisələrimiz olub. Qardaş ölkənin də başına gələn bu təbii fəlakətə görə əlimizdən gələn köməkliyi elədik. Gözləmirdim ki, bu fotom gündəm olar və hər kəsin axtardığı şəxsə çevrilərəm. Avtomobilin üstündəki yükləri əmim, dayım, nənəmgil, laçınlıların məskunlaşdığı yataqxanda yaşayan şəxslər yığıb. Mən ancaq tiktok sosial platformasında varam, oradakı rəyləri oxuyuram. Türkiyə bayrağını da maşından asmaq öz ideyam idi. Növbəti dəfə də yardım aparacağıq”.

Qeyd edək ki, Bəşirli Sərvər Rasim oğlu Laçın rayonunun Minkənd kəndindəndir. 1989-cu ildə anadan olub. İmişli qeydiyyatındadır. Abşeron rayonu, Ceyranbatan qəsəbəsində fərdi evdə yaşayır.

Məlumat üçün onu da bildirək ki, gündəm olan fotonun müəllifi fotoqraf Elvin Əliyevdir.

Gununsesi.info