Göyçayda toy mərasimində 30-dan çox qonaq qidadan zəhərləndi

  • By admin
  • 23 Avqust 2016 21:08

f6df5703edd6b3b1d5422d6af9b3cce5

Göyçay rayonunda keçirilən toy mərasimində qonaqlar arasında qidadan kütləvi zəhərlənmə halı baş verib.

Gununsesi.info APA-nın yerli bürosuna istinadən xəbər verir ki,  hadisə bu gün axşam saat 18:30 radələrində rayonun Yekəxana kəndində qeydə alınıb. Toy mərasimində meyvə şirəsi içən qonaqlardan bəzilərinin halı pisləşib və 30-dan çox adam zəhərlənmə diaqnozu ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına və Qaraməryəm kənd xəstəxanasına yerləşdiriliblər. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib.

Xəstələrdən bir neçəsinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hazırda onların müalicəsi davam etdirilir. Hadisə yenicə baş verdiyi üçün zəhərlənən şəxslərin adları hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info