Göygöldə bıçaqlanma və ölüm hadisəsi yaşandı

  • By admin
  • 08 İyun 2017 07:22

intihar bicaq

Göygöl sakini bədbəxt hadisə nəticəsində ölüb.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

İyunun 4-də yaşadığı evin pilləkanından yıxılaraq kəllə beyin travması alan 1952-ci il təvəllüdlü Cumaxoca Cabbarov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Bir neçə gün müalicə olunan 65 yaşlı kişi bu gün dünyasını dəyişib.

Məlumata görə,  C. Cabbarov milliyətcə türkməndir. O 20 il əvvəl Göygöl rayon Üçtəpə kəndində ailə quraraq orada yaşayır.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Həmçinin, rayonun Üçtəpə kənd sakini, 1996-cı il təvəllüdlü Mustafazadə Elşən Zirəddin oğlu sifətin və döş nahiyəsinin kəsilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti kafi qiymətləndirilir. Yaxınlarının dediyin görə, E. Mustafazadə tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info