Göygöldə dəhşətli hadisə: Gəlini və oğlu yaşlı kişini...

  • By admin
  • 11 Sentyabr 2022 21:32

Göygöl rayonunda yaşlı kişiyə yaxınları tərəfindən ağır xəsarət yetirilib.

Gununsesi.info-nun Report-a istinadən xəbərinə görə, 1954-cü il təvəllüdlü M.Hüseynov baş nahiyəsindən kəsici xəsarətlər alaraq ağır halda xəstəxanaya yerləşdirilib.

M.Hüseynovun dediyinə görə, ona ailə münaqişəsi zəminində oğlu və gəlini xəsarət yetirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info