Göygöldə iki avtomoibl toqquşub, xəsarət alan var

  • By admin
  • 20 Yanvar 2017 21:12

qeza252

 

Göygöldə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info-nun verdiyi məlumata görə, hadisə rayonun Balçılı kəndinə gedən yolda qeydə alınıb.

“BMW” və “NİVA” markalı avtomobillərin toqquşması nəticəsində “BMW”- nin sürücüsü 1948-ci il təvəllüdlü Səfiyev Əlı Rüstəm oğlu müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

Gununsesi.info