Göygoldə yol qəzası baş verib, 5 nəfər xəsarət alıb

  • By admin
  • 24 İyun 2018 22:37


Gəncə-Şəmkir avtomagistralında zəncirvari yol qəzası baş verib.

APA-nın  verdiyi məlumata görə, hadisə yolun Göygöl rayonunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes”, “VAZ 2107” minik avtomobilləri və qoşqulu traktorun toqquşması nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info