Gözəllik kraliçası ölümünü canlı yayımladı - FOTOLAR

  • By admin
  • 01 İyul 2017 13:20

ukrayna-da-guzellik-kralicesi-olumunu-canli-9783600_885_m

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ukraynada təşkil olunmuş yarışmada gözəllik kraliçası seçilən Sofia Magerko avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Magerkonun ölümündən əvvəl maşının içərisindən canlı yayım etdiyi məlum olub.

16 yaşlı Sofia 24 yaşlı rəfiqəsi Daşa Medvedyeva ilə birlikdə yüksək miqdarda alkoqollu içki qəbul etdikdən sonra gəzməyə çıxmağa qərar verib. Onlar avtomobili yüksək sürətlə idarə edib və nəticədə işıq dirəyi ilə toqquşublar. Rəfiqələrin hər ikisi dünyasını dəyişib.

Bloqqerlik edən gənc gözəllik kraliçası ölümündən əvvəl canlı yayım edibmiş. Sofianın sosial şəbəkədəki izləyiciləri qəza anında ekranın qaraldığını söyləyirlər.

Avtomobilin qəzadan sonrakı görüntüləri görənləri şoka salıb.

Gununsesi.info həmin fotoşəkilləri təqdim edir.

ukrayna-da-guzellik-kralicesi-olumunu-canli-9783600_7893_m

 

ukrayna-da-guzellik-kralicesi-olumunu-canli-9783600_8626_m

Gununsesi.info