“Gözlənilmədən başımıza ANS-sizlik gəldi” -VAHİD MUSTAFAYEV

  • By admin
  • 14 Yanvar 2017 15:46

vahid

“Gözlənilmədən başımıza gələn ANS-sizlik şəraitində biz sözsüz fəaliyyətimizi dayandırmamışıq və Azərbaycana qulluq edərək, ciddi layihələr həyata keçiririk”. Gununsesi.info bildirir ki, bunuANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev özünün Facebook səhifəsində yazıb. O qeyd edib ki, BALANS Milli Animasiya Studiyası ilk 3 cizgi serialını yaradıb: “Ümumiyyətlə,ANS-çi olaraq illərlə Kədəri içimizdə saxlamağı öyrənmişik, yalnız bu günkü Sevinci dostlarla bölüşmək istəyirik. BALANS Milli Animasiya Studiyamız ilk 3 cizgi serialını yaratdı. Və bu gün mən Sizə 5-10 yaşlı uşaqlar kateqoriyası üçün “DOSTLAR” ibrətamiz və əyləndirici cizgi serialınının bir hissəsini təqdim edirəm. Deyəsən Azərbaycan cizgi filmlər ənənəsi dirçəlir. Allah Azərbaycanı qorusun!!!”.