Güclü yağış paytaxtda hərəkəti iflic edib – FOTO

  • By admin
  • 28 Sentyabr 2016 19:55

 

Bakıya güclü yağış yağır.

Gununsesi.info-nun xəbərinə görə, paytaxtın əksər küçələrini su basıb, nəticədə bir sıra küçə və prospektlərdə avtomobillərin böyük tıxacı yaranıb.

Yollarda nəqliyyatın sıxlığı yarandığına görə avtobuslar hərəkət qrafiki üzrə gecikir, şəhər sakinləri mənzil başına çatmaqda çətinlik çəkirlər.

 

Gununsesi.info