
İtaliyada baş verən zəlzələ nəticəsində ciddi zərər Amatrice şəhərinə dəyib, evlərin dağıntıları altında qalanlar var.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, Amatricedə iki, Akkumoli şəhərində isə dörd nəfər ölüb. Xilasetmə əməliyyatı üçün onlarla yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
Qeyd edək ki, sonuncu güclü zəlzələ 2009-ci ildə Lakuila şəhərində baş verib. Onda təxminən 300 nəfər həlak olmuşdu.
Gununsesi.info












