Güclü külək Tovuzda ciddi fəsadlar törətdi

  • By admin
  • 28 Avqust 2016 01:53

7d2107ec6918a0510afefc22aaead70b

Tovuzda güclü külək bir sıra fəsadlar törədib.

Gununsesi.info-nun məlumatına görə, Tovuzdan olan millət vəkili Qənirə Paşayeva bildirib ki, yaranmış vəziyyətlə bağlı rayon sakinləri, rayon rəsmiləri ilə tez-tez danışırlar.

“Güclü külək bəzi binaların dam örtüyünü uçurub, bəzi kəndlərə və bölgələrə elektrik enerjisi verilməsində problem yaranıb. Amma fəsadların aradan qaldırılması üçün işlər görülür.

Çox şükr ki, böyük faciələr yoxdur. İnanırıq ki, qısa zamanda fəsadlar aradan qaldırılacaq. Allah insanlarımızı qorusun!”-deyə, o, daha sonra qeyd edib.

ganira_pashayeva_180215_1 (1)

 

K. Həmzəoğlu

Gununsesi.info