Gülənin qaçış planı

  • Müəllif: admin
  • 24 Sentyabr 2016 11:54

Gulen
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdə ittiham olunan Fəthullah Gülən 1999-ci ildən bəri yaşadığı Pensilvaniyada ayrılmaq üzrə hərəkətə keçib.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyənin ABŞ-dan F. Gülənin ekstradisiya tələbinə baxmayaraq artıq FETÖ lideri başqa bir ölkəyə qaçmaq üçün hazırlıqlarını başa çatdırıb.
Təhlükəsizlk orqanları F. Gülənin ABŞ-dan qaçması üçün təşkilatın 3 ayrı ölkədə hazırlıqlar gördüyünü bildirib. Müəyyən olunub ki, FETO liderinin qaçacağı ən birinci ölkə Belçika, digərləri isə Braziliya və Kanadadır.
Məlumata görə, Türkiyə F. Gülənin qaça biləcəyi ölkələrlə bağlı kəşfiyyat məlumatlarını ABŞ ilə paylaşıb. Türkiyənin ədalət naziri Bəkir Bozdağ bildirib ki, ABŞ F. Gülənin qaçışını əngəlləmək üçün onu təcili tutmalıdır.

Anar

Gununsesi.info