Sahib Kərimli AXCP-dən getməsi səbəbindən danışdı

  • By admin
  • 24 Sentyabr 2016 12:00
sahibkerimliesas
Sahib Kərimli AXCP-də baş verənlərə aydınlıq gətirəcək.
Bunu Gununsesi.info-ya açıqlamasında AXCP üzvü Sahib Kərimli deyib.
O deyib ki, bu gün AXCP-nin onun barəsində hansı qərarı verməsi o qədər də, maraqlı deyil.
Partiya sıralarından xaric ediləcəyi ilə bağlı məsələyə gəldikdə isə S. Kəirmli deyib ki, bu onların işidri və bir söz deyə bilmərəm: “Mən AXCP-də və Milli Şurada baş verən bütün proseslərə  referendumdan sonra aydınlıq gətirəcəym. Sadəcə indi gözləyirəm. Qoy nə deyirlər desinlər”.
Qeyd  edək ki, AXC) sədr müavini Gözəl Bayramlə APA-ya açıqlamasında Sahib Kərimlinin AXCP-dən çıxarılması məsələsinə baxılacağını  bildirib.
O bildirib ki, AXCP Rəyasət Heyətinin sabiq üzvü, partiya sədrliyinə namizəd olmuş Sahib Kərimlinin təşkilatdan çıxarılması gündəmdədir: “Hər halda, bu barədə qərar partiyanın Şəki rayon şöbəsində veriləcək. Ancaq məsələyə konkret nə vaxt baxılacağını deyə bilmərəm”.
Gununsesi.info