Körpüdən yıxılan şəxs ölüb

  • Müəllif: admin
  • 24 Sentyabr 2016 12:07

17a1fb78779a8a23b6ba594f93b89345

Bakı şəhərində körpüdən yıxılan şəxs ölüb.

Gununsesi.info-nun DİN-in saytına istinadən verdiyi məlumata görə, sentyabrın 24-də Bakı şəhər sakini Xalid Zairov sərxoş vəziyyətdə Xətai rayonunun Babək prospektindəki körpüdən yıxılaraq avtomobil yoluna düşüb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info